Dərc edilib: 05-01-2018

https://www.nuh.az/14301-.html

Türkiyədə irqçi və millətçi partiya yaradıldı

05.01.2018 15:37:07

Maqazin

Türkiyədə yeni siyasi partiya yaradılıb.

Qaynarinfo yerli mediaya istinadən xəbər verir ki, Ötükən Birliyi Partiyasının ideoloji xətti radikal millətçilik və irqçilikdir.
Partiyanın sosial media hesabında yerləşdirilən bildirişdə qeyd edilir ki, təşkilatın qurucusu və sədri Hakan Semercidir
Bildirişdə partiya "Türk millətinin türk yurdunda şərtsiz hakim, tam müstəqil və birlik olaraq yaşamasını qarşısına hədəf qoyan türkcü düşüncənin məhsulu" adlandırılıb.
Təkbaşına iqtidara gəlmək məqsədi ilə yola çıxdığı bildirilən partiyanın proqramında türk milləti "ana və atası soyu olaraq türk irqinə mənsub, türk mədəniyyətinə mənsub və türk irqinə mənsub olanlar qədər türkləşən (türk olduğunu xatırlayan və oyanan) insanların bir araya gəldiyi kütlə" olaraq qeyd olunub.
Partiyanın qurulmasında məqsədlərin açıqlandığı proqramda daha sonra qeyd edilir: "Türkü dünyada ən yüksək irq olaraq gördüyümüz üçün, Türkiyə türklərindir demək üçün qurulduq. 
- Dövlətin rəsmi qurumlarında türklük şuruna sahib olmayanların vəzifə tutması rədd olunur. 
- Türkiyə Cumhuriyyəti siyasətinə yenə türklər qərar verəcəklər və həyata keçirəcəklər. Türk siyasətində, türk millət vəkilləri və türkçü millət vəkilləri olacaq. Turkiye Cumhuriyeti vətənin müdafiəsi üçün türk olmayanların idarəsində olmayacaq.
- Əsgər və polislərimiz türk kökənli olacaq, əcnəbilərlə evliliklər yasaqlanacaq.
- Qaçqın axını dayandırılacaq.
- Edam cəzası bərpa olunaraq, müəyyən cinayətlərdə tətbiq olunacaq.
- Ölkəmizin illik imam ehtiyacını qarşıyacaq qədər imam yetişdirəcək məktəblər xaric bütün imam hatip liseyləri bağlanacaq. Qahan imam hatip liseylərinin proqramı yenidən düzənlənəcək, analitik və elmi düşünmə imkanı qazandırılmış, mədəniyyə, fəlsəfə və sənət bilən imamlar yetişdiriləcək.
- İlk, orta və lisey səviyyəsindəki məktəblərimizdə "Andımız" və "İstiqlal marşımız"ın oxunması yenidən məcburi olacaq.
- Camaat və təriqətlər təhsil sistemindən uzaqlaşdırılacaq, camaat və təriqət yurdları bağlanacaq.
- Türk dövlətləri dilləri məktəblərdə seçimli dərs olaraq tədris olunacaq. 
- Din mədəniyyəti və əxlaq bilgisi dərslikləri yenidən düzənlənəcək. İbtidai məktəblərdə əsla dini təhsil olmayacaq.
Qeyd edək ki, Ötüken türk tarixində müqəddəs bir şəhər sayılır. Türklərin bu şəhərdən dünyaya yayıldığı iddia edilir. Ötüken qədim türklərin (göytürk və başqaları) ənənəvi Tanrıçılıq inancında Ana torpaqa verilən addır.
Xatırladaq ki, bununla da ölkədəki siyasi partiyaların sayı 88-ə çatıb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib