Dərc edilib: 06-01-2018

https://www.nuh.az/14304-.html

Çexovun hansı səbəbdən öldüyü məlum olub

06.01.2018 11:43:15

Mədəniyyət

Rus yazıçı və dramaturqu Anton Çexovun (1860-1904) ölümünə bilavasitə beyninə qan sızması səbəb olub.

 "Report”   xəbər verir ki, bu qənaətə İngiltərənin Noric şəhərində yerləşən Kuodrem Biologiya Elmləri İnstitutunun tədqiqatçılar qrupu gəlib.
Tədqiqatçılar dramaturqun imzaladığı açıqcalar, onun yazıları və ölüm anında əynində olan alt paltarındakı qan ləkəsindən götürülmüş nümunələrin kimyəvi tərkibini öyrəniblər.
Qəzet yazır ki, nümunələrdə vərəm mikrobakteriyalarının mövcudluğunu göstərən zülallarla yanaşı, damarların tıxanmasına və beyinə qan sızmasına gətirib çıxaran trombun meydana gəlməsini təşviq edən zülali maddələr aşkar olunub.
Çexovun bioqrafları əvvəllər yazarın ürək tutmasıdan öldüyünü güman edirdilər.
   NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib