Dərc edilib: 06-01-2018

https://www.nuh.az/14311-.html

Bakıda avtobus dərəyə aşdı - 12 yaralı var+ Fotolar+ Yenilənib

06.01.2018 18:49:47

Reportaj

Bakıda marşrut avtobusu aşıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə saat 16:30 radələrində Zığ şossesində baş verib.

Hərəkətdə olan 175 saylı marşrut avtobusu yoldan çıxaraq dərəyə aşıb. Avtobusun içərisində 20-yə yaxın sərnişin olub.

***

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, qəza nəticəsində 12 nəfər xəsarət alıb.

Yaralı şəxslər müxtəlif travmalarla 3  saylı Şəhər Klinik Xəstəxanasına yerləşdiriliblər.

 




 

NUH informasiya agentliyi səhifəsindən çap edilib