Dərc edilib: 07-01-2018

https://www.nuh.az/14324-.html

Ətrafı Trampı gicbəsər, özü isə dahi hesab edir

07.01.2018 02:33:32

Siyasət

ABŞ prezidenti Donald Tramp Maykl Vulf-un qələmə aldığı "Alov və hiddət: Trampın Ağ Evinin içində" adlı kitabında Trampın psixi xəstə olduğu və prezidentlik postuna yaramadığı barədə iddiaları şərh edib. Virtualaz.org-un məlumatına görə, D.Tramp “Twitter”də yazıb: "Əslində həyatım boyu malik olduğum iki ən önəmli cəhətim əqli sabitliyim və həqiqətən də ağıllı olmağımdır... Mən çox uğurlu bir iş adamı olmaqla yanaşı məşhur bir televiziya ulduzu idim. Sonra isə ilk cəhddə ABŞ prezidenti oldum. Məncə bu, ağıllılar yox, hətta dahilər kateqoriyasına daxildir. Özü də çox sabit bir dahi".

NUH informasiya agentliyi səhifəsindən çap edilib