Dərc edilib: 07-01-2018

https://www.nuh.az/14327-.html

Baş pediatrdan xəbərdarlıq: virus xəstəlikləri...

07.01.2018 03:25:59

LIVE

Payız-qış mövsümündə virus xəstəliklərinin artdığı müşahidə olunur, amma narahat olmağa əsas yoxdur. Burada qorxulu heç nə yoxdur.
Bunu azvision.az-a K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru Nəsib Quliyev bildirib.
Baş pediatrın sözlərinə görə, uşaqların xəstələnməsi ilə bağlı vəziyyət kritik deyil. Hər il olduğu kimi epidemik vəziyyət, konkret bir virusun törətdiyi epidemiya müşahidə olunmur.
"Virus xəstəlikləri mövsümlə əlaqədar artıb. Əvvəlki illərdə olduğu kimi mövsümə uyğun xəstələnmə müşahidə olunur. Uşaqlar arasında xəstəliyi kəskin respirator virus infeksiyaları və adena virusu törədir. Arada qrip virusu da aşkar edilib".
Baş pediatrın fikrincə, yay mövsümündə uşaqların bədəni vitaminlərlə möhkəmləndirilməlidir ki, onlar payız-qış mövsümündə az xəstələnsinlər. Uşaqların geyimi isə mövsümə uyğun olmalıdır.

NUH informasiya agentliyi səhifəsindən çap edilib