Dərc edilib: 07-01-2018

https://www.nuh.az/14331-.html

Bakıda “Jiquli” yük maşınına çırpıldı - Ölən var

07.01.2018 11:36:56

LIVE

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.


Lent.az   xəbər verir ki, Qaradağ rayonu ərazisində, Lökbatan-Xocasən yolunda “VAZ 2107” markalı minik avtomobili “İsuzu” markalı yük maşınına çırpılıb.

Nəticədə minik avtomobilini idarə edən 31 yaşlı kişi vəfat edib.

Faktla bağlı Qaradağ rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.

NUH informasiya agentliyi səhifəsindən çap edilib