Dərc edilib: 07-01-2018

https://www.nuh.az/14338-.html

Lotu Quli ilə Əziz Batukayev üz-üzə: Oğru aləminin yeni lideri kim olacaq?

07.01.2018 13:56:37

Kriminal

Xüsusi xidmət orqanları yeni il ərəfəsində Moskvada azərbaycanlı avtoritet Nadir Səlifov və çeçen avtoritet Əziz Batukayev arasında təsir sahələrinin yenidən bölüşdürülməsinin qarşısını alıblar. 

 a24.az   xəbər verir ki, qarşıdurma Moskvanın üç bazarı üstündə yaranıb.
Dekabrın ortalarında Əziz adından hansısa çeçen bu bazarlardan əldə edilən gəliri yönləndirməyə çalışıb.
Onlar bazarlarda Qulinin adamlarının möhkəmləndiyinə məhəl qoymayıblar. Baş verənlər barədə Əzizin izahatını gözləməyən Quli özü ona zəng vurub. Çeçen avtoritet kobud tərzdə obyektlərin ona çatdığını bildirib. Nadir Səlifov cavabında söz verib ki, bunun mütləq qarşılığı olacaq. Tərəflərin danışıq tonuna görə, barışıq real görünmür.
Məlumatlara görə Ded Xasanın ölümündən sonra kriminal aləmdə birinciliyə namizdə Əziz kimi görünür. O, xüsusilə bunun üçün Qırğızıstandan göndərilib.  Qırğızıstanda 16 il həbs cəzası alan Əziz 2013-cü ilin aprel ayında azadlığa buraxılıb.
Əziz azadlığa buraxılan kimi xüsusi reyslə Qroznıya yola salınıb. Quli ilə münaqişə nəticəsində isə Əzizin oğru titulu şöbhə altına düşüb. Onu təsdiq etmək çətin olacaq. Rusiyaya gəlişindən sonra Əzizin oğru titulu Zaxar Kalaşov  tərəfindən təsdiq edilməliydi. Lakin onlar görüşməyiblər.
Qeyd edək ki, Kalaşov Aslan Usayanın ölümündən sonra rus mafiyasının əsas lideri hesab edilirdi. İddialara görə, kalaşov hətta Ded Xasanın əsas əleyhidarlarından biri olan Rövşən Lənkəranski haqqında da ölüm qərarı çıxarıb. Rusiya xüsusi xidmət orqanları Qulinin timsalında çüçünlərlə güc dili ilə danışmağı bacaran yeni personajın meydana çıxmasını təsdiq edirlər.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib