Rusiyanın xalq artisti Alla Puqaçova Tatyana Navkinin "Ruslan və Lyudmila" şousunu izləməyə gedib. 
axşam.az  xəbər verir ki, Primadonna həyat yoldaşı Maksim Qalkini və övladlarını da özü ilə aparıb. 
Puqaçova daha sonra oğlu Qarri və qızı Liza ilə şəkil çəkdirib. Qalkin birlikdə çəkdirdiyi fotoları sosial şəbəkədə paylaşaraq tamaşa haqda fikirlərini bölüşüb. 
Allanın geyimi və saç düzümü ələ salınıb. İzləyicilər onu rok müğənnilərinə bənzədiblər. Sosial şəbəkə izləyiciləri Puqaçovanı ələ salaraq, geyindiklərinin onun yaşına uyğun olmadığını bildiriblər.