Dərc edilib: 09-01-2018

https://www.nuh.az/14366-.html

Prezidentdən mədəniyyət xadimləri ilə bağlı - Sərəncam

09.01.2018 18:36:29

Siyasət

Prezident İlham Əliyev Fərhad Babayevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

“Qafqazinfo”nun məlumatına görə, sərəncama əsasən, Azərbaycan mədəniyyətinin inkişafı və təbliğində xidmətlərinə görə Fərhad Ağa Səlim oğlu Babayev “Şöhrət” ordeni ilə təltif edilib.

Dövlət başçısının digər sərəncamı ilə Azərbaycan təsviri sənətinin inkişafında xidmətlərinə görə Arif Möhübəli oğlu Əzizov “Şöhrət” ordeni ilə təltif edilib.

 

 

  NUH.az 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib