Dərc edilib: 09-01-2018

https://www.nuh.az/14369-.html

Bakıda üç fahişənin əhatəsində ölən ərəbin qaldığı hotel Şahmar İbadovun imiş

09.01.2018 20:09:07

Mədəniyyət

Bildiyiniz kimi bu gün mətbuatda yayılan məlumata görə Nərimanov rayonunda hoteldə xarici vətəndaş dünyasını dəyişib. 

ölkə.az   bildirir ki, hadisə yanvarın 8-də "Ariva" hoteldə qeydə alınıb. 

Belə ki,Küveyt Respublikasının vətəndaşı 1962-ci il təvəllüdlü Mester Omar Alshela ürək tutmasından dünyasını dəyişib. İlkin məlumatlara görə, Azərbaycana dincəlməyə gələn ərəbin yanında 3 nəfər qız da olub. Onlar Küveyt vətəndaşının dünyasını dəyişdiyini görərək hoteldən qaçıblar. Hazırda onların saxlanılaraq izahatının alınması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. Meyit mayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Nərimanov rayon şöbəsinə aparılıb. İlkin müayinələr zamanı məlum olub ki, Küveyt vətəndaşı dünyasını dəyişməmişdən öncə cinsi istəyi artıran həblər qəbul edib. Meyit müayinə olunduqdan sonra vətəninə göndərilmək üçün Küveyt səfirliyinin Azərbaycandakı nümayəndələrinə təhvil verilib. Faktla bağlı Nərimanov rayon prokurorluğunda cinayət işi balanıb. Həmçinin hoteldən bildirdilər ki, hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə baş verən otaqdakı boş şüşələri müayinə etmək üçün aparıblar. 

 
LEGİON.AZ saytına daxil olan məlumata görə hadisənin baş verdiyi “Ariva” hoteli Nərimanovrayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahmar İbadova məxsusdur.

Qeyd edək ki, ümumiyyətlə Şahmar İbadovun Nərimanov rayonunda bir çox obyektlərinin olduğu barədə ölkə mətbuatı çox yazıb. 

Bundan başqa xatırlayırsınızsa bir müddət əvvəl onun adı həmçinin oğlunun törətdiyi avtoqəza ilə bağlı mətbuatın gündəmindən düşmürdü.

Xatırladaq ki,həmin vaxt Şahmar İbadovun oğlu Elmar İbadov bu ilin avqust ayının 22-də Bakı şəhərində idarə etdiyi “Range Rover” markalı avtomobillə ağır yol qəzası törədərək hadisə yerindən qaçmışdır. Hadisə nəticəsində yaşlı qadın vəfat etmişdir. Şahmar İbadov oğlunun həbsə göndərilməməsi üçün media emissarları hesabına məsələnin tirajlanmasını qabaqladı. Baş nazirin müavini Əli Həsənovun nəvəsi, general Novruzəli Orucovun oğlu kimi Nərimanov rayon icra hakiminin müavini Şahmar İbadovun övladının törətdiyi qəza da Azərbaycan rəhbərliyinin qəzəbinə tuş gəldi. Prezidentin dəfələrlə məmurlara və uşaqlarına etdiyi xəbərdarlıqlara baxmayaraq, davam edən bu qudurğanlıqlar adıçəkilən üç nəfərlə partlayışa gətirib çıxardı. Onlardan ilk ikisi həbsə getsə də, sonuncu övladını xilas etməyə müvəffəq oldu. Ş.İbadovun oğlunu həbs etməyə qoymayan dairələrin məqsədi isə cəmiyyətdə presedent yaratmamaq idi. 


Ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Şahmar İbadovun oğlu Elmar İbadovun cinayət işi üzrə məhkəmə prosesi bir müddət əvvəl başa çatmışdır. Məhkəmənin hökmü ilə E.İbadov 5 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə onun cəzasının məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi haqqında qərar qəbul etmişdir.. Elmar İbadovun istintaqı başa çatdığına görə prokurorluq orqanları onun törətdiyi cinayəti “obyektiv” araşdıraraq onun əməlinə hüquqi qiymət veriblər. Hüquqi qiymət elə verilib ki, Elmar İbadov törətdiyi bu cinayətdən sonra hətta BDU-da bakalavr təhsilini bitirərək elə BDU-da magistraturaya qəbul olunub. Və təhsilini davam edib atasının tutduğu yolun davamçısı olmağına söz verib...

NUH informasiya agentliyi səhifəsindən çap edilib