Dərc edilib: 10-01-2018

https://www.nuh.az/14371-.html

Azərbaycanda partiya sədri həbs olundu

10.01.2018 13:35:11

Hadisə

Bakı Ağır Cinayətlər Məhkəməsində qeydiyyatsız fəaliyyət göstərən Vahid Kommunist Partiyasının sədri Musa Tukanovun məhkəməsi başlayıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Samir Əliyevin icraatında olan prosesdə hazırlıq iclası keçirilib.

Təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Onun vəkili vəsatət verərək bildirib ki, Qarabağ müharibəsi veteranı olan Tukanov şəkər xəstəsidir, oğlu əlildir və səbəbdən ev dustaqlığına buraxılmasını istəyib. Məhkəmə vəsatəti təmin etməyib.

Cinayət işi məhkəmə baxışına qəbul edilib. Proses yanvarın 17-də davam etdiriləcək.

M.Tukanov rüşvət almaq və vəzifə səlahiyyətlərini aşmaqda ittiham edilir. O, həm də "Azərbaycan Karlar Cəmiyyəti"nin sədr müavini olub. Hazırda həbsdədir.

NUH informasiya agentliyi səhifəsindən çap edilib