Dərc edilib: 10-01-2018

https://www.nuh.az/14373-.html

Cənubi və Şimali Koreya arasında tarixi görüş

10.01.2018 14:01:28

Dünya

İki illik fasilədən sonra Cənubi və Şimali Koreya rəsmiləri arasında dialoq bərpa edilib.

“Qafqazinfo” Euronews-a istinadən xəbər verir ki, görüş iki ölkə arasındakı tərəfsiz bölgə sayılan Panmunyom kəndində baş tutub.

Görüşün əsas müzakirə mövzusu fevralda Cənubi Koreyada keçiriləcək Qış Olimpiya Oyunlarında Şimali Koreya idmançılarının iştirakı məsələsi olub. Danışıqlar nəticəsində Ş.Koreya nümayəndə heyətinin C.Koreyada təhlükəsizliyinə təminat verilib.

Qeyd edək ki, görüş barədə Rusiya və Çin açıqlama yayaraq, iki ölkə arasında dialoqun yenidən başlamasından məmnunluqlarını bildiriblər.

NUH informasiya agentliyi səhifəsindən çap edilib