Dərc edilib: 11-01-2018

https://www.nuh.az/14388-.html

Azərbaycanın əlçatmaz gözəllikləri... - Fotolarda

11.01.2018 15:05:32

Dünya

Azərbaycanın işğal altındakı torpaqlarının yeni görüntüləri yayılıb.

“Qafqazinfo” xəbər verir ki, fotolar ermənilər tərəfindən ölkəyə turist cəlb etmək məqsədi ilə tvitterdə yaradılan “Karabakh Travel” səhifəsində paylaşılıb. 2012-ci ildə yaradılan və cəmi 1154 izləyicisi olan hesabda Ağdərə, Xankəndi, Şuşa, Kəlbəcər, Əsgəran kimi şəhərlərimiz, o cümlədən tarixi abidələrimiz adları dəyişdirilərək təqdim edilib. 

Qeyd edək ki, həmin səhifədə təkcə tarixi abidələrimiz deyil, həmçinin milli yeməklərimiz, geyimlərimiz də ermənilər tərəfindən özününküləşdirilərək təqdim edilir.

 

Şuşa, Daşaltı dərəsi


 

Ağdərə, Sərsəng su anbarı


 

Ağoğlan və ya Sisərnəvəng monastrı


 

Xocavənd, Amaras monastırı


Azıx Mağarası

Kəlbəcərin mineral suları

 

 

Daşaltı dərəsi, Çətir şəlaləsi


Əsgəran

Əsgəran qalası

Gəncəsər monastırı

Hadrut

Xudavəng monastırı, Ağdərə

Xankəndi

Şuşa

Kəlbəcər, Tərtərçay

Qarabağ, Xaçınçay su anbarı

Şahbulaq qalası

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib