Dərc edilib: 11-01-2018

https://www.nuh.az/14394-.html

Əsrin anlaşması: Fələstin İsraillə dost, İranla düşmən olacaq

11.01.2018 22:33:28

İdman

ABŞ-ın Fələstin-İsrail arasında sülh yaratmaq və İrana qarşı birləşmək planı qurduğu iddia edilib.
Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, "Əsrin razılaşması" adını alan təklifin Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd İbin Salman tərəfindən Fələstin hökümətinə çatdırıldığı deyilir. 
Bu barədə Fələstin Azadlıq Təşkilatının İdarə Heyətinin üzvü Əhməd Məcdalani danışıb. Məcdalani 14 yanvar tarixində prezident Mahmud Abbasın sədrliyi ilə FAT-ın iclasının keçiriləcəyini deyib. 
Dünən FAT-ın siyasi komitəsi iclasda müzakirə ediləcək 19 maddəlik sənəd yayımlayıb. Sənəddə "İsrail, Fələstin dövlətini tanıyana qədər FAT-ın İsrailin tanımasını təxirə salmaq, Tel-Əviv höküməti ilə iqtisadi, siyasi və təhlükəsizlik əlaqələrinin məhdudlaşdırılması, "Fələstin höküməti" mərhələsindən "İşğal altındakı dövlət" mərhələsinə keçmək üçün plan qurulması" kimi məsələlər yer alıb. 
Qeyd edək ki, "Qüds, Fələstinin əbədi paytaxtı" adını alacaq iclasda ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanıması müzakirə ediləcək. 
Fələstin-İsrail sülh prosesində Ərəb Sülh Planının əsas götürüləcəyi gözlənilir. 2002-ci ildə Ərəb Birliyinin Livanın paytaxtı Beyrutda təşkil etdiyi zirvədə "1967 il sərhəddində paytaxtı Qərbi Qüds olan Fələstin dövlətinin qurulması, Fələstinli miqrantların probleminin ədalətli həlli, İsrailin işğal etdiyi Suriyadakı Qolan təpələri və Livanın cənubundakı torpaqlardan çəkilməsi, qarşılığında Ərəb ölkələrinin İsraili tanıması və əlaqələrin normallaşması" maddələrinin daxil olduğu Ərəb Sülh Planı qəbul edilmişdi.

NUH informasiya agentliyi səhifəsindən çap edilib