Dərc edilib: 12-01-2018

https://www.nuh.az/14402-.html

Məşhur fizikdən qorxunc açıqlama: “Yer kürəsi məhv olacaq”

12.01.2018 01:08:06

Maraqlı

Məşhur fizik Stiven Hokinq insanlığın gələcəyi ilə bağlı daha bir qorxunc proqnoz verib.

 Tendensiya.com  xəbər verir ki, "Stiven Hokinqin sevdiyi yerlər” adlı sənədli filmin 2-ci seriyasında məşhur fizik qlobal istiləşmənin yer kürəsini yaşanmaz bir vəziyyətə gətirib çıxaracağını iddia edib. O, bu problem həll olunmazsa, Dünyanı Veneranın aqibətinin gözləyəcəyini bildirib.
"İqlim dəyişikliyinin olmayacağını iddia edənlərlə qarşılaşanda onlara Veneraya getməyi tövsiyyə edin. Səfər xərclərini mən qarşılayacağam”, – deyə o, bildirib.
 
Hokinq Yerin 4,5 milyard yaşı olduğunu vurğulayaraq, 200-500 il sonra insanların özlərinə yer axtarmağa başlayacağını qeyd edib.
Qeyd edək ki, NASA-nın 2002-ci ildə apardığı araşdırmalara görə Venera da əvvəllər Yer kimi olub, lakin sonradan istiləşmənin başlaması ilə okeanlar buxarlanıb və bugünkü vəziyyətini alıb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib