Dərc edilib: 12-01-2018

https://www.nuh.az/14421-.html

Sabirabadda məktəb direktoru şagirdə təcavüz etdi

12.01.2018 19:47:49

Region

BakuPress.Az saytının dünənki tarixində Sabirabadda 8 saylı məktəbin direktorunun şagirdə qarşı seksual   hərəkətlərinin məktəbdə aşkarlandığı haqda yazı vermişdik.

 Hətta aidiyyatı qrumlar ,məktəbin direktoru  ,rayon icra hakimiyyəti və digərləri belə bir hadisənin olduğunu  təsdiqlədilər amma şantaj və şər böhtan olduğu üçün  məsələyə Sabirabad rayon prokrorluğu xitam verdiyini dedilər.Bu zaman biz sual verdik ki,yaxşi bu əgər şantaj idisə nəyə görə həmin şəxslər cinayət məsuliyyətinə cəlb olunmadılar?Material  saytımızda gedərkən araşdırmamiz davam edirdi.Bu gün zorakılığa məruz qalmış 10- cu sinif şagirdi olan qızın anası Səbinə xanım redaksyamıza zəng vurub  dedi ki,oxudum və həmin şərəfsiz direktorun  özü günahkar olduğu halda  bunun şər böhtan adlandırması məni özümdən çıxardı .Səbinə xanım  hadisəni tam təfərrüatı ilə bizə danışdı.Ananın danışdıqlarını sizə təqdim edirik:”Hadisə dekabr ayının 13-ündə baş verib.Mən və həyat yoldaşım hər ikimiz müəllimik yoldaşım həmin məktəbdə uzun illər tədris hissə müdiri işləyib sonra səhhəti ilə bağlı çox yükləndiyindən sıravi müəllim kimi işini davam etdirib.Hər kəsdə yaxşı bilir ki,Etibar müəllim bədən tərbiyəsi müəllimdir idarəetmə və dərs bölgülərindən anlayışı olmadığı üçün onun işlərinə yoldaşım daim kömək edib.Etibar müəllimin  yüngül əxlaqlı və yüngül xasiyyətə malik olmağı rayonda hər kəsə məlumdur.

 

onun.Qeyd etdiyim kimi  dekabrın 13- də yoldaşımı  ağır vəziyyətdə Bakıya əməliyyata gətirdik.Bundan istifadə edən Etibar müəllim 10 –cu sinifdə oxuyan qızımı aldaraq kabinitinə çağırib ki,atana zəng çatmır ananın nömrəsini ver vəziyyətini soruşmaq istəyirəm.Elə bu zaman kabinetinin qapısını bağlayan direktor qızımı divara sıxaraq  ona qarşı sexsual hərəkətlər etməyə başlayıb.Bundan qorxan uşaq qışqırıb halı pisləşib və səsə məktəbdə hamı gəlib.Qızımın halı pis olduğu üçün mənə zəng vurdular  .Dərhal  yoldaşımı ağır vəziyyətdə qoyub Sabirabada gəldim özümdə deyildim.Olanlardan  şoka düşmüşdüm .Sanki bu dünyada tək qalmışdım  polisə dərhal ərizə yazdım,Təhsil nazirliyinə teleqram vurdum.Yoldaşim  renimasiyada olrkən bu xəbəri eşitdi ,vəziyyəti dahada pisləşdi bu günə kimidə xəstəxanadadır.Vəziyyətin bu cür olmağını görüb mənə təzyiqlər olundu prokrorluq,rayon rəhbərliyi ,təhsil şöbəsi dedilər”  Hadisədir olub uşağının adını biabr eləmə  nazirliyə teleqram vur ki,düz anlamamışam  rayon yeridir hamı bir birini tanıyır uşağin biabr olacaq”Onların qohumları ,rayonun ağsaqqalları, nə bilim seyidləri hamı gəldi hətta dedilər işinizi itirə bilərsiniz.Birdə bizim rayonda  hələdə ağsaqqal sözü çox qanunlardan keçərlidir.Hətta prokrorluqdan mənə dedilər ki,xanım ərizənizi geri götürün, onsuz uşağın yanında otaqda şahid olmayıb deyə siz heç nəyi sübut edə bilməyəcəksiniz.Dedim bu boyda məktəb şahiddir hadisəyə, necə yəni sübut edə bilmərəm.Nəisə mənə o qədər təpki oldu ki,ərizəni geri götürməli oldum.İndidə baxıb görürəm ki,bu utanmaz direktor deyir ki,mənə şər atıblar.Dekabrin 24-ü adamının, pulunun və təpkilərinin gücü ilə bu işə xitam verdilər.Bizim köməksiz, arxasız olduğumuzdan istifadə elədilər.Hazırda Bakıda  yoldaşım  ağır vəziyyətdədir hadisədən özünə gələ bilmir gəlib özünüzdə görə bilərsiniz.Cinayət işi açılmağı bir yana bu direktor  vəzifəsindəndə  də uzaqlaşdırılmadı.Mən narahatam mənim başıma gələn sabah başqasının başına gələ bilər.Onun sexsual manyak olduğu hər kəsə məlumdur.Hətta prokrorluqda işi  bağlandığı üçün utanmaz- utanmaz seyid qəbrinin  üstündə qurban kəsir.Şərəfsizin qurban kəsməyi tülkünün həccə getməyinə bənzəyir.Mən xahiş edirəm mənə bir ana kimi kömək edəsiniz ,sizin sayt vasitəsi ilə 1-ci vitse prezidentimiz Mehriban Əliyevaya müraciət edirəm ki,bir ana kimi mənə kömək olsun .Cəza təbii ki,qanun nə deyirsə o olacaq və belə bir əxlaqsız adamın təhsil ocağına rəhbərliyindən uzaqlaşdırılsın ,müəllim adı ondan alınsın.Çünki mənim başıma gələn sabah başqa bir valideyinin başına gələ bilər .Mən dövlətimə ,prezidentimə və sizə güvənirəm.Çünki bizə hədə qorxu gəlirlər ki,şikayət etsəniz işinizdən olacaqsınız.”

Ananın bu ürək ağrıdan sözlərindən sonra yollandıq Səbinə xanımın  yodaşının yatdığı xəstəxanaya ağır vəziyyətdə palatada rəngi avazımız bir atanı görüb çox pis oldum.Üzü nurlu,sakit təbiətli və əsl müəllim çöhrəli bu insan xeyli susduqdan sonra  agır-ağır nəfəs alaraq  bircə bunu dedi:”Onun əclaflığını bilirdim amma bu cür şərəfsizlik, özüdə mənimlə bir kollektivdə işləyə- işləyə mənim rayonda olmammağım ,xəstəliyimdən istifadə edib bu cür addım atması mənı bir daha öldürdü”

Biraz susduqdan sonra gözləri dolaraq belə dedi:”Müəllimlərə o qədər təzyiq olunub ki,neçə il işlədiyim  kollektivdən kimsə qorxusundan mənə zəng vurub halımıda soruşmur.Sanki günahkar ,şərəfsiz addımı Etibar deyil  mən etmişəm.Hər kəsdən rayonda mənidə onuda soruşa bilərsiniz araşdırın bu məsələni xahiş edirəm.Onu Allaha tapşırmışam”

Həqiqətən  hadisə bizi  şoka salmışdı.Bizdə öz növbəmizdə aidiyyatı ,qrumlar və Təhsil nazirliyindən bu direktorun cəzalanması və işdən azad olunmasını istəyirik.Valideyinlərə rəhbərlik tərəfindən təzyiqlər olunur ki,bu məsələni  gündəmə gətirməsinlər.Unutmayaq ki,bu gün onların başına gələn sabah hər birimizin başına gələ bilər.Odur ki,belələrini ictimayyətləşdirib cəzalandırmaq lazımdır.

Araşdırmamız davam edir, mövzu diqqətimizdədir.

Daha bir direktor məktəbdə şagirdlə intim münasibət zamanı ifşa olundu-İDDİA

 
 

Daha bir direktor məktəbdə şagirdlə intim münasibət zamanı ifşa olundu-İDDİA

 

Gözümüzü açandan məktəbi məbəd,müəllimi  müqəddəs saymışıq.Amma çox təssüflər olsun ki,bu gün müəllim adına ,müəllim vəzifəsinə xələl  gətirənlər var.Mətbuatda Xaçmaz məktəbində  başverənlər gündəmə gəldi direktor işdən kənarlaşdırldı.Amma çox təssüflər olsun ki,bundanda betər hadisə Sabirabad rayon 8 saylı orta məktəbdə baş vermişdir.Qeyd edək ki,Sabirabad rayonu və onun əhalisi  hər zaman milli- mənəvi dəyərlərimizi qoruyan ,mentalitetimizi dəyərləndirən bir rayon kimi hər zaman tanınmışdır.Redaksiyamıza Sabirabad rayonundan valideynlər  müraciət etmişdilər.Vətəndaşlar qeyd edib ki,8 sayli Sabirabad rayon məktəbində məktəbin direktoru  məktəbdə  şagirdlə intim münasibət zamanı  ifşa olunub.Amma maraqlı məqam odur ki, iş prokrorluq ,hüquq mühafizə orqanları tərəfindən şər böhtan xarakterli olduğunu iddia edib və işə xitam verilib.Bəs əgər  bu şantaj və şər böhtan idisə niyə görə qarşı tərəf cinayət məsuliyyətinə cəlb olunmadı? Əhali qeyd edir ki,rayonlarıda baş verən bu hadisə onları çox narahat edir məktəb direktoru isə heçnə olmamış kimi yenidən öz işindədir.Bəs yaxşı  biz indi övladlarımızı  o məktəbə necə etibar edək? Məsələnin nə qədər  doğru olmasına aydınlıq gətirmək üçün  məktəbin direktoru Etibar müəllimlə redaksiyamızdan əlaqə saxladılar.Direktor belə bir hadisənin baş verdiyini etiraf etdi lakin bunun şantaj və şər böhtan olduğu üçün məsələyə Sabirabad rayon prokrorluğu xitam verdiyini dedi. Daha sonra Sabirabad rayon icra başçısının 1-ci müavini Həsən Həsənovla  telefon əlaqəsi saxladıq  Həsən müəllimə belə bir hadisədən məlumatınız varmı sual verdikdə cavab belə oldu:”Bəli belə bir hadisə olmuşdur  hüquq mühafizə orqanları tərəfindən məsələ araşdırıldı  şantaj xarakterli olduğu üçün bu iş bağlandı.”Sual etdikə əgər şantaj idisə niyə görə qarşı tərəf cəzalanmadı axı şanaj özüdə cinayətdir xüsusi ilə bu cür ağır bir ittihamla?Həsən müəllim bu dəfə daha maraqlı cavab verdi  .”Mən camaatı qızışdıran deyiləm ki, məktəblə mənim  evimə yaxındır  yeni məktəbdir heç bir problemdə yoxdur”

 

Nə deyək olsun Həsən müəllim,belə çıxır ki,rayon icra hakimiyyətinin rəhbərliyi kimi sizi vətəndaşların narahatlığı və körpələrin gələcəyi  maraqlandırmır.

Sabirabad  rayon polis şöbəsinin rəis müavini Bəyməmməd müəllimlə telefon əlaqəsi saxladıq hadisə ilə bağlı sual verdikdə cavab belə oldu:”Bəli belə bir hadisə baş vermişdir lakin bu iş sırf prokrorluğa aid olduğu üçün prokrorluqdan məlumat ala bilərsiniz”

Daha sonra Sabirabad rayon Təhsil şöbəsinin müdiri ilə əlaqə saxlamaq istəsəkdə telefonlarımıza  cavab verən olmadı.

Məsələ ilə əlaqədar Sabirabad rayon prokrorluğu ilə əlaqa saxlamağa  dəfələrlə cəhd etsəkdə əvvəl bildirdilər ki,səlahiyyətli insansanlar tədbirdədir günün ikinci yarisi əlaqə saxlayın günün ikinci yarisi isə telefonlarımıza cavab vermədilər.Suallarımız cavabsız qaldı

Maraqlı cavablar bizi təccübləndirdi əgər bu şər və böhtan idisə bunu ictimayyətə də çatdırmaq lazım idi.Çünki  əhali çox narahatdır valideyinlər o məktəbə  artıq uşaqların etibar edə bilmirlər.Bəli bu cür halların Azərbaycanda baş verməsi xüsusi ilə rayon yerlərində olması  bizim milli mənəvi dəyərlərimizə xələl gətirirAmma qəhrəmanlarımızı tandırdığımız kimi,bu cür şərəfsizləri və əxlaqımıza xələl gətrinləridə ictimayyətləşdirib xalqa çatdırmalıyıq.Müəllim sözü müqəddəsdir ona ləkə düşdüsə  onu təmizləmək olmaz.Axi biz azırbaycanlıyıq bizim millətə yaraşmır belə şeylər...Məktəb  bir ailə direktor isə bir ailənin başçısıdır sanki ata öz övladlarına xor gözlə baxır.Amma bu  şərəfsiz  addım atan insan yenədə  öz işindədir.Belə çıxır ki,pul ilə hər cür nalayiq hərəkət edib  ört basdır etmək olar.Səlahiyyətli şəxslər bu məsələnin şantaj olduğunu desələrdə rayon camaatı belə bir hadisənin real olduğunu iddia edirlər.Yəqinki,elin sözü düz,gözü tərəzidir  birdəki atalar yaxşı deyib ocaq yanmasa tüstü çıxmaz.Bu sualımıza isə cavab tapa bilmədik əgər bu məsələ həqiqətən şantaj idirsə niyə görə həmin insanlar  cinayət məsuliyyətinə cəlb olunmadı?Birdə axı azyaşlı bir şagird özünü niyə biabr etsin?

Mövzu diqqətimizdədir.Qarşı tərəf olaraq mövqeyini dərc etməyə hazırıq.  

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib