Dərc edilib: 13-01-2018

https://www.nuh.az/14434-.html

“İŞİD” komandirinə pul “atıb” qaçan azərbaycanlı məhkəmə önündə

13.01.2018 13:18:40

Reportaj

"İŞİD" terror təşkilatına qoşulmaqda təqsirləndirilən Afiq Qəhrəmanov və Rəşadət Qasımov barələrindəki hökmdən narazı qalıblar. 

"Qafqazinfo"nun verdiyi xəbərə görə, Afiq Süleymanov Suriya ərazisində Azərbaycandan olan tanışları ilə birlikdə “Cəbhət-ən-Nusra”adlı cinayətkar birliyin tərkibinə daxil olub. Həmin birliyin üzvləri – Rəşadət Qasımov və şəxsiyyəti istintaqa “Süleyman” kimi məlum olan şəxsin maddi dəstəyi əsasında 2013-cü ilin mart ayında Ömər Şişaninin rəhbərlik etdiyi “Muhacirun” adlı silahlı birləşmənin tərkibində iştirak edib.

Belə ki, 2013-cü ilin fevral ayının sonlarında tanışı,“Cəbhət-ən-Nusra”nın üzvü R.Qasımova müraciət edərək ondan Suriyaya getmək üçün maddi yardım istəyib. R.Qasımov bu barədə təşkilatın digər üzvü olan Süleyman adlı şəxsə məlumat verib. Hər ikisi ümumilikdə A.Qəhrəmanova 350 manat verib. A.Qəhrəmanov pulu aldıqdan sonra 2013-cü ilin martın 2-də avtobusla İstanbul şəhərinə yola düşüb. Öncə Reyhani qəsəbəsində Vüsal adlı şəxsin köməkliyi ilə sərhədi qanunsuz olaraq keçib və Artma şəhərinə gedərək Ramal Əbilovun köməkliyi ilə “Muhacirun” silahlı birləşməsinə qoşulub. 20 gündən sonra isə geriyə - Azərbaycana qayıdıb.

İstintaq zamanı həmçinin məlum olub ki, R.Qasımov mütəmadi olaraq silahlı mqnaqişələrdə iştirak edən Ramal Əbilov, Fuad Xəlilzadə və Süleyman adlı şəxslərlə “Skype” vasitəsilə əlaqə saxlayıb.

A.Qəhrəmanov məhkəməd ifadəsi zamanı deyib ki, Suriyada meyitləri gördükdən sonra tress keçirib və ölkəyə qayıtmaq qərarına gəlib. Oradakı suriyalı komandirə ailəsini də bura gətirmək istədiyini deyərək pasportunu və pul alıb. Sonra isə oradan qaçaraq Azərbaycana gəlib.

Bakı Ağır Cinayət Məhkəməsinin hökmü ilə A.Qəhrəmanov 10 il, R.Qasımov 11 il müddətinə azadlıqdan məhrum edilib. Onlar hökmdən apellyasiya şikayəti veriblər. İş icraata götürülüb və ilkin baxış iclası Bakı Apellyasiya  Məhkəməsinin hakimi Mirpaşa Hüseynovun sədrliyi ilə yanvarıb 17-də keçiriləcək.

NUH informasiya agentliyi səhifəsindən çap edilib