Dərc edilib: 13-01-2018

https://www.nuh.az/14437-.html

Deputat Nəriman Əliyev komaya düşüb

13.01.2018 14:18:13

Günün sitatı

Milli Məclisin deputatı Nəriman Əliyev komaya düşüb. Modern.az saytına verilən məlumata görə, Nəriman Əliyev artıq 3 gündür Respublika Diaqnostika Mərkəzinin reanimasiya şöbəsində koma vəziyyətindəddir. 

Məlumata görə, N.Əlyev ürək damarlarının tıxanıqlığı səbəbindən anju əməliyyatı keçirib və elə əməliyyatdan sonra da komaya düşüb.

N.Əliyev Milli Məclisdə 70 saylı Masallı şəhər seçki dairəsini təmsil edir. O, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin üzvüdür.


NUH informasiya agentliyi səhifəsindən çap edilib