Dərc edilib: 14-01-2018

https://www.nuh.az/14445-.html

Lənkəranda ana və qızını döyüb öldürdülər

14.01.2018 13:08:03

Hadisə

Lənkəranda döyülən qadınlardan biri dünyasını dəyişib.

APA  xəbər verir ki, hadisə Liman şəhərində baş verib. 1949-cu il təvəllüdlü Humay Qarayeva və onun qızı, 1972-ci il təvəllüdlü Samirə Miriyeva məlum olmayan şəraitdə döyülüb. Onlar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ana və qızının vəziyyəti ağır olduğundan onlar ilkin tibbi yardımdan sonra reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti pisləşən Samirə Miriyeva aldığı xəsarətlərdən xəstəxanada keçinib. Faktla bağlı araşdırma aparılır.

NUH informasiya agentliyi səhifəsindən çap edilib