Dərc edilib: 14-01-2018

https://www.nuh.az/14450-.html

Azərbaycanda yeni muzey açıldı

14.01.2018 14:53:09

Azərbaycan Tibb Universitetində unikal Anatomiya Muzeyi yaradılıb.
Trend  bildirir ki, muzeyin açılışı Prezident İlham Əliyevin sərəncamı ilə 2018-ci ilin "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edilməsi münasibətilə ATU-nun İnsan anatomiyası kafedrası tərəfindən təşkil olunub. Bu kafedranın yaranma tarixi məhz Azərbaycan Xalq Cümhuriyyəti dövrünə təsadüf edir.
ATU-nun insan anatomiyası kafedrasının müdiri, professor Vaqif Şadlinski ilk belə muzeyin hələ Hippokratın zamanında yaradıldığını söyləyib.  
  NUH.az

NUH informasiya agentliyi səhifəsindən çap edilib