Dərc edilib: 14-01-2018

https://www.nuh.az/14452-.html

Türkiyədə dəhşətli təyyarə qəzası - Fotolar

14.01.2018 16:16:46

Region

Türkiyənin “Pegasus Airlines” aviaşirkətinə məxsus təyyarə Trabzon hava limanında eniş zamanı zolaqdan kənara çıxıb. 


“Qafqazinfo”nun “Milliyet”ə istinadən verdiyi məlumata görə, Ankara-Trabzon reysini həyata keçirən təyyarə zolaqdan çıxaraq dənizə doğru sürüşüb və  10 metr dənizə qalmış təhlükəli enişdə dayanıb.

Təyyarənin göyərtəsində olan 162 sərnişin və 6 heyət üzvü təxliyyə edilib.

Hadisə nəticəsində xəsarət alan və ölən olmayıb.

 


 

NUH informasiya agentliyi səhifəsindən çap edilib