Dərc edilib: 17-01-2018

https://www.nuh.az/14485-.html

Azərbaycanda “Ağıllı istixana” yaradıldı

17.01.2018 00:54:45

Reportaj

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbələri “ağıllı istixana” yaradıb.

Bunu Trend-ə layihəyə yaxın olan Rusif Hüseynov deyib.

Onun sözlərinə görə, layihə funksionallığına görə xarici analoqlarını üstələyir və tərəvəzlərin istixana təsərrüfatında yetişdirilməsi prosesinin tam avtomatlaşdırılmasını nəzərdə tutur: “Tələbələr tərəfindən istifadədə sadə və etibarlı sistem yaradılıb. Bu gün azərbaycanlı sahibkarları bu cür qurğuları Almaniya və Niderlanddan ixrac edir. Tələbələrimiz tərəfindən yaradılan layihə isə heç də onlardan geri qalmır. Biz “ağıllı istixana” layihəsini Kənd Təsərrüfatı Nazirliyinə təqdim etmək niyyətindəyik”.

“Ağıllı istixana” istixanalarda iqlimə avtomatik nəzarət etməyə imkan verir və hava dəyişikliyinin bitkilərə təsirinin qarşısını alır.

NUH informasiya agentliyi səhifəsindən çap edilib