Dərc edilib: 17-01-2018

https://www.nuh.az/14494-.html

Azərbaycanlı jurnalist Moldovaya buraxılmadı

17.01.2018 13:25:25

Maraqlı

Azərbaycan əsilli rusiyalı teleaparıcı İradə ZeynalovaMoldovaya buraxılmayıb.

Qyanarinfo xəbər verir ki, teleaparıcı Kişinyov hava limanında saxlanılıb. Zeynalova ilə bağlı insident dünən baş versə də, mətbuata informasiya yalnız bu gün ötürülüb. Jurnalist saxlanıldıqdan az sonra Moskvaya geri qaytarılıb. Onun Moldovaya İstanbuldan gəldiyi bildirilib.
Moldova rəsmiləri Zeynalovanın ölkəyə buraxılmamasına səbəb kimi onun səfərinin məqsədini izah edə bilməməsini göstəriblər.
Qeyd edək ki, Zeynalova hazırda NTV televiziyasında çalışır.
   NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib