Dərc edilib: 18-01-2018

https://www.nuh.az/14509-.html

“Gözəl xanımlarla foto çəkdirməyimə icazə verdi” - İsa Qəmbərdən xoş xəbər

18.01.2018 13:37:06

Hadisə

Bir neçə gün öncə əməliyyat olunan Müsavat partiyasının eks-başqanı, Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər xəstəxanadan evə buraxılıb.

“Qafqazinfo” xəbər verir ki, o, sosial şəbəkədə foto paylaşaraq Firdövsi İbrahimov başda olmaqla Mərkəzi Klinikanın həkim heyətinə təşəkkürünü bildirib.

Həmişə yumoru ilə fərqlənən İsa Qəmbər  daha sonra "Aida xanım bu gözəl xanımlarla foto çəkdirməyimə icazə verdi" - deyə qeyd edib.

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib