Dərc edilib: 18-01-2018

https://www.nuh.az/14510-.html

Qazaxıstanda 52 sərnişin avtobusda yanaraq ölüb - Video

18.01.2018 13:45:55

Dünya

Qazaxıstanda avtobus içərisindəki 52 sərnişinlə yanıb.

“Qafqazinfo” Qazaxıstan KİV-nə istinadən xəbər verir ki, İkarus  markalı avtobus hərəkət zamanı yanmağa başlayıb. İçərisində 55 sərnişin və iki sürücü olub. 52 nəfər yanaraq ölüb, 5 sərnişin isə xilas ola bilib.

Ölənlərin hamısı Özbəkistan vətəndaşları olub. 

NUH informasiya agentliyi səhifəsindən çap edilib