Dərc edilib: 19-01-2018

https://www.nuh.az/14535-.html

Avropada fırtına həyatı iflic etdi - 5 ölü + Fotolar

19.01.2018 01:49:35

Dünya

Hollandiya, Almaniya və İngiltərədə güclü fırtına ciddi fəsadlara səbəb olub.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Hollandiyanın paytaxtı Amsterdamda Şiphol hava limanında 300-dən çox reys təxirə salınıb. Burada küləyin sürəti saatda 140 km-ə çatır.

Almaniyada isə uzaq məsafəyə qatar reysləri təxirə salınıb. Yaxın məsafələrə reyslər isə normaldan çox aşağı sürətdə həyata keçirilir. Məktəblərdə dərslər bir neçə günlük dayandırılıb.

İngiltərədə isə elektrik dirəklərinin aşması nəticəsində minlərlə ev işıqsız qalıb.

Təbii fəlakət zamanı Hollandiyada 3, Almaniyada isə 2 nəfər ölüb.

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib