Dərc edilib: 19-01-2018

https://www.nuh.az/14541-.html

Baş nazir hamilədir

19.01.2018 17:45:21

Maraqlı

Yeni Zellandiyanın baş naziri Casinda Ardern vəzifə zamanı ana olan 2-ci baş nazir statusunu qazanacaq.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, Yeni Zellandiyada 2017-ci ilin oktyabrında qurulan koalisiya hökümətinə rəhbərlik edən Ardern hamiləliyi barədə əvvəlcə sosial media hesabında yazıb, daha sonra isə Ouklənddə yerləşən evinin qarşısında mətbuata açıqlama verib.
 
Baş nazir "Hamiləlik zamanı səhər bulantılarının belə olacağını təxmin etmirdim. Özümü çox yaxşı hiss etmirəm" açıqlaması ilə diqqət çəkib. Baş nazirin sevgilisi Klark Qeyford da danışıb və çox həyəcanlı olduğunu bildirib.
Casinda Ardern doğuşdan sonra 6 həftə ərzində baş nazir vəzifəsinin icrasını köməkçisi və xarici işlər naziri Vinston Pitersə həvalə edəcək.
Qeyd edək ki, Ardern 2007-ci ildə sui-qəsd nəticəsində öldürülən Pakistan baş naziri Bənazir Buttodan sonra vəzifədə olduğu müddətdə ana olan 2-ci baş nazir statusunu qazanacaq.

NUH informasiya agentliyi səhifəsindən çap edilib