Dərc edilib: 19-01-2018

https://www.nuh.az/14544-.html

Fuad Poladovdan xəbər var

19.01.2018 18:25:01

Mədəniyyət

Azərbaycanın xalq artisti, tanınmış aktyor Fuad Poladov hazırda ev şəraitində müalicəsini davam etdirir.

Bu barədə Modern.az-a danışan aktyor əvvəlki halına nisbətən özünü yaxşı hiss etdiyini deyib:

“Müalicəm gedir, dərmanlarımı qəbul edirəm. Əvvəlki günlərimə baxanda nisbətən yaxşıyam”.

F.Poladov səhhətiylə bağlı həkimlərin bəzi qadağaları olduğunu deyib:

“Səsimə görə çox danışmağa icazə vermirlər. Mən da bacardığım qədər bu məsləhətlərə riayət edirəm”.

Aktyor dostlarının, həmakrlarını tez-tez onunla maraqlandıqlarıı vurğulayıb.

Qeyd edək ki, qırtlaq xərçəngindən əziyyət çəkən aktyor yeni mövsümdən etibarən səhnəyə çıxmır.

NUH informasiya agentliyi səhifəsindən çap edilib