Dərc edilib: 20-01-2018

https://www.nuh.az/14554-.html

Prezident Şəhidlər Xiyabanını ziyarət edib

20.01.2018 13:59:07

Siyasət

Azərbaycan prezidenti İlham Əliyevlə birinci xanım Mehriban Əliyeva yanvarın 20-də-Ümumxalq Hüzn Günündə Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərinin xatirəsini yad ediblər.

“Qafqazinfo”nun xəbərinə görə, dövlət başçısı “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub, vətən yolunda qurban getmiş şəhidlərin xatirəsinə ehtiramını bildirib.

Müdafiə Nazirliyinin əlahiddə nümunəvi hərbi orkestrinin ifasında Azərbaycan Respublikasının dövlət himni səslənib.

Dövlət və hökumət rəsmiləri, respublikamızdakı dini icmaların başçıları, xarici ölkələrin Azərbaycandakı səfirləri, beynəlxalq təşkilatların nümayəndələri də şəhidlərin əziz xatirəsini yad ediblər.

Şəhidlər Xiyabanının ziyarət olunması mərasimində Baş nazir Artur Rasi-zadə, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev iştirak ediblər.

NUH informasiya agentliyi səhifəsindən çap edilib