Dərc edilib: 20-01-2018

https://www.nuh.az/14555-.html

Qida Təhlükəsizliyi Agentliyi bir neçə qurumun işini görəcək

20.01.2018 14:10:20

İqtisadiyyat

“Qida Təhlükəsizliyi Agentliyi bir neçə dövlət qurumu tərəfindən icra olunan funksiyaları həyata keçirəcək”.

“Qafqazinfo” xəbər verir ki, bunu baş nazirin müavini Əli Əhmədov deyib.

Baş nazirin müavini bildirib ki, Qida Təhlükəsizliyi Agentliyi artıq formalaşır: 

“İndi lazım olan texniki-təşkilati işlər görülür. Vaxtilə bir neçə dövlət qurumlarında, nazirliklərdə icra olunan funksiyalar Qida Təhlükəsizliyi Agentliyinə verilir. Güman edirəm ki, bir neçə ay ərzində təşkilati işlər tamamlanacaq və agentlik artıq fəaliyyətini birbaşa icra etməyə başlayacaq”.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib