Dərc edilib: 20-01-2018

https://www.nuh.az/14557-.html

Türkiyədə dəhşətli avtobus qəzası - 13 ölü, 42 yaralı+ Fotolar

20.01.2018 14:41:54

Dünya

Türkiyənin Ankara şəhərindən Bursa şəhərinə gedən sərnişin avtobusu Əskişəhər ərazisində yolun kənarındakı ağaclara çırpılıb.

“Qafqazinfo”nun “Milliyet”ə istinadən verdiyi məlumata görə, insident nəticəsində 13 nəfər ölüb, 42 nəfər isə xəsarət alıb. 

Yaralı şəxslər xəstəxanalara yerləşdiriliblər.

Hadisə yerinə çoxsaylı təcili tibbi yardım avtomobilləri və polislər cəlb olunub.

 


 

NUH informasiya agentliyi səhifəsindən çap edilib