Dərc edilib: 20-01-2018

https://www.nuh.az/14558-.html

Ölmüş qadın morqda uşaq dünyaya gətirdi

20.01.2018 15:16:31

Maraqlı

CAR-ın Kape Tovn şəhərinin Mtayisi kəndində 33 yaşlı Nomasonto Nomasonto Mdoyi adlı hamilə qadın nəfəs almaqda çətinlik çəkdiyini deyərək xəstəxanaya qaldırılıb. Lakin yolda həyatını itirib. Qadının cənazəsi dəfn mərasimini təşkil edəcək şirkətə təslim edilib. 
Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, şirkət əməkdaşları dəfn mərasimi üçün hazırlıqlara başlayarkən morqu açıblar və bu zaman qadının ayaqları arasında cansız uşağın bədənini görüblər.
Həkimlər əzələ dartılması və ya qadının bədənində toplanan bakteriyaların uşağın ananın qarnından çıxmasına səbəb olduğunu düşünür.
20 ildən artıqdır ki, bu sektorda çalışdığını deyən şirkətin müdiri ilk dəfə belə hadisə ilə rastlaşdığını deyib. O bildiribki, qadanı tabuta qoymaq üçün morqdan çıxaran zaman ananın ayaqları arasında uşağı görərək təəccübləndiklərini və bu səbəbdən uşağın cinsiyytinə baxmağın yadlarına düşmədiyini bildirib.
Ana və uşaq eyni məzara basdırılıb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib