Dərc edilib: 20-01-2018

https://www.nuh.az/14559-.html

20 Yanvara görə 27 ildir doğum günü qeyd etməyən bəstəkar (FOTO)

20.01.2018 15:38:53

Müsahibə

Bu gün tanınmış bəstəkar, Əməkdar incəsənət xadimi Tahir Əkbərin doğum günüdür.
Qaynarinfo xəbər verir ki, bir müddətdir xəstəxanada olan sənətkarın 72 yaşı tamam olur. Tahir Əkbər artıq 27 ildir 20 yanvar hadisələrinə görə doğum gününü qeyd etmir.
Bu barədə bəstəkarın qızı Bəhriyə sosial media hesabında yazıb: 
"Ata, 20 yanvar sənin günündür. Səni həyatda həmişə gülərüz görmək istəyirəm. Ayaq üstdə duran günü isə ikinci ad günün olacaq ümidilə gözləyirəm, ata. Çünki sən 27 ildir ad gününü qeyd etmirsən. Sənə həyatda ən gözəl nemət olan can sağlığı arzu edirəm”.
Qeyd edək ki, Tahir Əkbərin müalicə xərclərini Heydər Əliyev Fondu öz üzərinə götürüb.
 

NUH informasiya agentliyi səhifəsindən çap edilib