Dərc edilib: 21-01-2018

https://www.nuh.az/14572-.html

Təhsil nazirinin müavini işdən çıxarıldı, Vergilər Nazirliyinə göndərildi

21.01.2018 14:52:50

İqtisadiyyat

Təhsil nazirinin müavini Mətin Eynullayev vəzifəsindən azad edilib.

 

APA-ya istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb.

Məlumata görə, M. Eynullayev Vergilər Nazirliyində yüksək vəzifəyə təyin edilib.

Vəzifəsinin icrasına başlayan M. Eynullayev yanvarın 19-da Vergilər Nazirliyində 20 yanvar faciəsinin 28-ci ildönümünə həsr olunmuş tədbirdə iştirak edib.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib