Dərc edilib: 22-01-2018

https://www.nuh.az/14580-.html

Azercell-dən yeni fırıldaq- BALANSINIZDAN HƏR HƏFTƏ PUL ÇIXILIR

22.01.2018 14:01:09

Cəmiyyət

Azercell abonentlərinin balansından hər həftə 1 manat silinir.


NUH.az   xəbər verir ki, bu barədə baku.ws-ə şikayətlər daxil olub.

Abonentlərdən birinin məlumatına görə, Azercell-in heç bir internet paketindən istifadə etmədiyi halda hər həftə balansından 1 manat silinir və ona əvəzində 200 MB internet verilir.

Bildirilir ki, 200 MB internetdən 1 həftə ərzində istifadə olunmalıdır.

Abonent qeyd edir ki, o, yalnız wi-fi vasitəsilə internetə qoşulduğu halda Azercell-dən mesaj gəlib ki, 200 MB hədiyyə internet paketi aktivləşdirildi. 

“Halbuki mən bunu istəmirdim. İcazəm olmadan paketi aktivləşdiriblər. Birinci həftə pulsuz internet paket təqdim olunur və həmin həftə bitdikdən sonra növbəti həftələrdə hər dəfə balansımdan bir manat çıxılır. 2525-ə STOP yazıb göndərsəm də paket ləğv olunmadı, mesajımın səhv olduğu barədə məlumat verildi”, – deyə abonent bildirib.

Məsələ ilə bağlı Azercell ilə əlaqə saxladıq. Şirkətdən baku.ws-ə bildirildi ki, bu Azercell müştəriləri üçün yeni kampaniyadır.

“Birinci həftə pulsuz internet paketi təqdim olunur. Paket aktivləşdirilərkən necə dayandırılması barədə də mesaj göndərilir. Paketi deaktiv etmək üçün “7-” yazaraq 2525-ə göndərmək lazımdır”, – deyə şirkətdən bildirilib.

Şikayətçi abonent isə Azercell-dən ona göndərilən mesajları təqdim edərək bildirdi ki, paketin dayandırılması barədə Azercell-dən ona heç bir məlumat göndərilməyib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib