Dərc edilib: 22-01-2018

https://www.nuh.az/14589-.html

"Bu şəhərdə"nin konsert biletlərinin satışında qalmaqal (FOTO)

22.01.2018 17:59:05

Mədəniyyət

Azad İstehlakçılar Birliyinin bu dəfəki xəbərdarlığı "Bu şəhərdə"nin "Gəlin" konserti ilə bağlı olub.
 
Qaynarinfo xəbər verir ki, 240 manat ödəyərək 3 nəfər üçün konsertə bilən alan Fəridə Cavadlı üzləşdiyi problemlə əlaqədar Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynova müraciət edib. Qadının sözlərinə görə, "Gənclik Mall"da yerləşən "iTicket" şirkətinə məxsus kassadan konsert üçün bilet alıb.
 
Sonra müəyyən səbəblərdən konsertə gedə bilməyəcəyini anlayaraq onu geri qaytarmaq istəyib. Lakin bu mümkün olmayıb. Kassadan ona bildirilib ki, biletlər yalnız 30% cərimə ilə geri qaytarıla bilər. Qadın bildirib ki, "iTicket" şirkətinin nə rəsmi saytında, nə də biletdə qaytarılmanın mümkün olmadığı və cərimənin olduğu barədə heç bir qeyd verilməyib.
 
 
 
Birliyin sədri Eyyub Hüseynov isə açıqlamasında, "Azad İstehlakçılar İctimai Birliyinə (AİİB) daxil olan ərizəni nəzərinizə çatdıraraq bildirirəm ki, bu şikayəti mediasiya yolu ilə həll etmək üçün bilet satan şirkətin əməkdaşı Tamilla xanımla əlaqə saxladıq. Tamilla xanımın cavabı bu oldu: "Bizim öz qanunlarımız var, necə istəyirik elə də hərəkət edərik". AİİB istehlakçının hüquqlarının qorunması üçün İqtisadiyyat Nazirliyi Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Qorunması Xidmətinə və Vergilər Nazirliyinə rəsmi müraciətlər göndərib. Yenə də köməyi dövlətimizdən istəyək!", deyə bildirib. 

NUH informasiya agentliyi səhifəsindən çap edilib