Dərc edilib: 23-01-2018

https://www.nuh.az/14592-.html

"Palmali"dən rəsmi reaksiya

23.01.2018 10:27:00

Cəmiyyət

“Palmali Dənizçilik Şirkəti”nə məxsus “Ağsu” yük tankerinin Danimarkanın Kalundborg limanında saxlanılmasına dair yayılan xəbərlərin doğru olmadığı ortaya çıxıb.

 

NUH.az  xəbər verir ki, “Palmali Dənizçilik Şirkəti”nin mətbuat xidmətinin rəhbəri Fidan Quliyeva yayılan sözügedən məsələyə aydınlıq gətirib. O, yayılan məlumatları əsassız adlandırıb: ""Ağsu" tankeri ilə bağlı yalan məlumatlara Danimarka Dəniz Administrasiyası (DDA) tərəfindən rəsmi qaydada münasibət bildirildi. Bəzi mətbu orqanların Danimarkanın Kalundborq limanında "Palmali" Şirkətlər Qrupuna məxsus "Ağsu" tankerinin güya həbs edilməsinə dair xəbərlərə artıq bu ölkənin səlahiyyətli qurumundan da münasibət bildirildi. DDA-nın Gəmi Sorğuları, Sertifikatlaşma və Heyətin Komplektləşməsi üzrə direktoru Martin Con şirkətimizin sorğusuna cavab olaraq bildirdi ki, "Ağsu" tankeri Paris Memorandumu çərçivəsində nəzərdə tutulmuş Liman Dövlət Nəzarəti (Port State Control) inspeksiyasından keçir. Yazılanlarla tanış olan qurum rəsmisi gəminin həbsi barədə yazılanları həqiqətə uyğun olmadığını da təsdiq edib. Təəssüf ki, belə əsassız məlumatların yayılması artıq mənfi ənənə halını alıb. Daha əvvəl güya Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) tərəfindən "Palmali"nin yoxlanıldığına dair absurd məlumatlar yayılmışdır. Lakin rəsmi sorğumuza əsasən, bu şaiyələr də FTX-nin İctimai Əlaqələr Mərkəzinin direktoru O.K.Matveyev tərəfindən təkzib edildi. "Palmali" Şirkətlər Qrupu mətbuat orqanlarını bu tipli xəbərləri yaymazdan əvvəl məlumatlı və səlahiyyətli mənbələrdən təfərrüatları öyrənməyi, həmçinin dəqiq məlumat üçün şirkətimizə müraciət etməyi tövsiyə edir.

 

Fidan Guliyeva adlı şəxsin şəkli.

NUH informasiya agentliyi səhifəsindən çap edilib