Dərc edilib: 23-01-2018

https://www.nuh.az/14605-.html

AMEA-nın işıqları kəsildi - Borca görə

23.01.2018 18:53:30

İdman

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əsas binasına elektrik enerjisinin verilişi dayandırılıb.

 

"APA-Economics”in   məlumatına görə, binanın elektrik enerjisinin kəsilməsinə səbəb kimi AMEA-nın "Azərişıq” ASC-yə 22 965 manat borcunun olması göstərilir.

"Azərişıq” ASC-nin Mətbuat Xidmətinin rəhbəri Tanrıverdi Mustafayevin verdiyi məlumata görə, artıq yaranmış borc tam ödənilib və AMEA-ya elektrik enerjisinin verilməsi bərpa edilib.

Qeyd edək ki, bu gün AMEA-nın yaranma günü kimi qeyd olunur. Belə ki, 1945-ci il yanvarın 23-də AMEA fəaliyyətə başlayıb. 

 

  NUH.az 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib