Dərc edilib: 26-01-2018

https://www.nuh.az/14645-.html

BSU beynəlxalq konfransa hazırlaşır

26.01.2018 17:18:04

Mədəniyyət

Bakı Slavyan Universitetində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş “Azərbaycanşünaslığın aktual problemləri” adlı Beynəlxalq elmi konfransın hazırılığına başlanılıb.

Konfransın may ayının 3-4-ü tarixlərində keçirilməsi nəzərdə tutulub. Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyasının müdiri, hüquq elmləri üzrə fəlsəfə doktoru S.Məmmədov adıçəkilən tədbirin önəmindən danışrkən qeyd edib ki, konfrans ulu öndərin irsinin öyrənilməsində, təbliğ olunmasında mühüm rol oynayacaq. Konfrans günlərində dünyanın bir çox ali məktəblərinin, elm ocaqlarının, diplomatik korpuslarının diqqəti respublikamıza yönələcək. Bu ölkələrimiz arasında inteqrasiyanın, elmi-mədəni münasibətlərin genişlənməsində mühüm rol oynayır.

S.Məmmədov Prezidenti İlham Əliyevin 2018-ci ilin Azərbaycan Demokratik Cümhuriyyətinin 100 illik yubileyinin şərəfinə Cümhuriyyət ili elan etməsi ilə bağlı sərəncamından irəli gələn vəzifələrin də konfrans materiallarında öz əksini tapacağını bildirib.  O, Ümummilli Liderin tariximizə daim xüsusi həssaslıqla yanaşdığını vurğulayaraq həmin ənənənin ölkə Prezidenti tərəfindən ləyaqətlə davam etdirildiyini qeyd edib.

Onu da vurğulayaq ki, konfransda iştirak edəcək ali təhsil müəssisələrinə, elmi-tədqiqat mərkəzlərinə artıq dəvətnamələr ünvanlanıb. Bu sırada  Ukraynanın Çerniqov Milli Texnologiya Universiteti, Rusiya Ural Federal Universitetinin Sosial və Siyasi elmlər institutu, Müqəddəs Kliment Oxridski adına Sofiya Universiteti, Kiyev Milli Linqvistik Universiteti, Ukraynanın Poltava İqtisadiyyat və Ticarət Universiteti, Maksim Tank adına Belarus Dövlət Pedaqoji Universiteti, Moskva Dövlət Linqvistik Universiteti və digər ali təhsil ocaqları vardır.

 

                                                                                                                              BSU-nun Mətbuat Xidməti 

 

  NUH.az

NUH informasiya agentliyi səhifəsindən çap edilib