Dərc edilib: 26-01-2018

https://www.nuh.az/14649-.html

Şəhriyar Məmmədyarov dünya çempionu ilə heç-heçə etdi

26.01.2018 23:22:44

Region

Hollandiyanın Veyk-an-Zee şəhərində keçirilən "Tata Steel Chess” superturnirinin bu gün start götürən XI turunda Azərbaycanı təmsil edən Şəhriyar Məmmədyarov norveçli dünya çempionu Maqnus Karlsenlə qarşılaşıb.
Qaynarinfo-nun məlumatına görə, oyunda heç-heçə qeydə alınıb. Bununla da xallarını 7,5 çatdıran qrossmeysterlər şərikli liderə çevriliblər.
Qeyd edək ki, 7 xala malik Aniş Giri XI tur çərçivəsində ABŞ təmsilçisi Fabiano Karuana ilə qarşılaşır.

NUH informasiya agentliyi səhifəsindən çap edilib