Dərc edilib: 27-01-2018

https://www.nuh.az/14651-.html

Azərbaycanın ən gənc və ən yaşlı rektorları - Siyahı

27.01.2018 00:11:57

Maraqlı

Təhsil eksperti Kamran Əsədov Azərbaycanda fəaliyyət göstərən dövlət ali təhsil müəssisələrinin rektorlarının yaşları və rektorluq müddətləri ilə bağlı siyahı hazırlayıb.


“Qafqazinfo” xəbər verir ki, siyahıya əsasən ölkənin ən yaşlı rektoru Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarovdur. Onun 91 yaşı var.

 

İ.M Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının 43 yaşlı rektoru Əziz Əliyev ən cavan rektordur.

 

Ən uzunmüddətli rektorluq müddəti isə Bakı Xoreoqrafiya Akademiyasının rəhbəri Timuçin  Əfəndiyevə məxsusdur. O, 31 ildir bu akademiyaya rektorluq edir.

 

27 rektorun daxil edildiyi siyahını təqdim edirik:

 

1) Azərbaycan Dövlət Neft və Sənaye Universiteti - Rektor Mustafa Baba oğlu Babanlıdır. 50 yaşı var. 2015-ci ildən rektordur (3 il).

2) Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası -  Rektor Urxan Kazım oğlu Ələkbərovdur. 75 yaşı var. 2011-ci ildən rektordur (7 il).

3) Azərbaycan Tibb Universiteti - Rektor Gəraybəyli Gəray Çingiz oğludur. 51 yaşı var. 2016-cı ildən rektordur (2 il).

4) Azərbaycan Dövlət İqtisad Universiteti - Rektor Ədalət Cəlal oğlu Muradovdur. 56 yaşı var. 2014-cü ildən rektordur (4 il).

5) Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti - Rektor Fərəh Şirməmməd qızı Əliyevadır. 57 yaşı var. 2014-cü ildən rektordur (4 il).

6) Azərbaycan Dillər Universiteti - Rektor Abdullayev Kamal Mehdi oğludur. 68 yaşı var. O, 200-2014-cü illərdə Bakı Slavyan Universitetinə də rektorluq edib.

7) Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası - Rektor Fuad Hacıyevdir. 64 yaşı var. 2015-ci ildən rektordur (3 il).

8) Azərbaycan Dövlət Aqrar Universiteti - Rektor İbrahim Həsən oğlu Cəfərovdur. 62 yaşı var. 2013-cü ildən rektordur (5 il).

9) Azərbaycan Memarlıq və İnşaat Universiteti - Rektor Gülçöhrə Məmmədovadır. 65 yaşı var. 1999-cu ildən rektordur (19 il).

10) ADA Universiteti - Rektor Hafiz Mir-Cəlal oğlu Paşayevdir. 77 yaşı var. 2006-cı ildən rektordur (12 il).

11) Azərbaycan Turizm və Menecment Universiteti - Rektor İlham İsa oğlu Mədətovdur. 66 yaşı var. 2017-ci ildən rektordur (1 il).

12) Azərbaycan Dövlət Rəssamlıq Akademiyası - Rektor Ömər Həsən oğlu Eldarovdur. 91 yaşı var. 2000-ci ildən rektordur (18 il).

13) Azərbaycan Milli Konservatoriyası - Rektor Siyavuş Əşrəf oğlu Kərimidir. 64 yaşı var. 2001-ci ildən rektordur (17 il).

14) Azərbaycan Dövlət Pedaqoji Universiteti - Rektor Cəfər Məmməd oğlu Cəfərovdur. 58 yaşı var. 2016-cı ildən rektordur. O, 2006-2016-cı illərdə Azərbaycan Turizm və Menecment Universitetinin rektoru olub (Ümumi 12 il).

15) Bakı Dövlət Universiteti - Rektor Abel Məmmədəli oğlu Məhərrəmovdur. 68 yaşı var. 1999-cu ildən rektordur (19 il).

16) Bakı Ali Neft Məktəbi - Rektor Qasımov Elmar Eldar oğludur. 45 yaşı var. 2012-ci ildən rektordur (6 il).

17) Bakı Mühəndislik Universiteti - Rektor Məmmədov Havar Əmir oğludur. 73 yaşı var. 2017-ci ildən rektordur. O, 2000- 2016-cı illərdə Azərbaycan Texniki Universitetinin də rektoru olub (Ümumi 18 il).

18) Bakı Slavyan Universiteti - Rektor Əliyeva Nurlana Müzəffər qızıdır. 72 yaşı var. 2016-cı ildən rektordur (2 il). O, 1990-2016-cı illərdə Azərbaycan Dövlət Pedaqoji Kollecinin direktoru olub.

19) Bakı Musiqi Akademiyası - Rektor Fərhad Şəmsi oğlu Bədəlbəylidir. 71 yaşı var. 1991-ci ildən rektordur (27 il).

20) Bakı Xoreoqrafiya Akademiyası - Rektor Əfəndiyev Timuçin İlyas oğludur. 73 yaşı var. 2014-cü ildən rektordur. O, 1987- 2014-cü illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru olub (Ümumi 31 il).

21) Milli Aviasiya Akademiyası - Rektor Arif Mir Cəlal oğlu Paşayevdir. 84 yaşı var. 1996-cı ildən rektordur (22 il).

22) Gəncə Dövlət Universiteti - Rektor Yusibov Yusif Əmiralı oğludur. 67 yaşı var. 2014-cü ildən rektordur (4 il),

23) Naxçıvan Dövlət Universiteti - Rektor Məhərrəmov Saleh Heydər oğludur. 53 yaşı var. 2013-cü ildən rektordur (5 il).

24) Sumqayıt Dövlət Universiteti - Rektor Hüseynov Elxan Bahadur oğludur. 70 yaşı var. 2014-cü ildən rektordur (4 il).

25) M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filial - Rektor Paşayeva Nərgiz Arif qızıdır. 56 yaşı var. 2008-ci ildən rektordur (10 il).

26) İ.M Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filial - Rektor Əziz Cəmil oğlu Əliyevdir. 43 yaşı var. 2015-ci ildən rektordur (3 il).

27) Azərbaycan Texnologiya Universiteti - Rektor Süleymanov Akif Şamil oğludur. 67 yaşı var. 2013-cü ildən rektordur (5 il).

NUH informasiya agentliyi səhifəsindən çap edilib