Dərc edilib: 27-01-2018

https://www.nuh.az/14652-.html

Azərbaycanda 5200 KİV dövlət qeydiyyatına alınıb

27.01.2018 00:30:51

LIVE

Azərbaycanda dövlət qeydiyyatına alınmış kütləvi informasiya vasitələrinin sayı 5200-ə çatıb. 

“Qafqazinfo”nun məlumatına görə, bu barədə yanvarın 26-da ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə keçirilən 2017-ci ildə ədliyyə orqanları tərəfindən görülmüş işlər və qarşıda duran vəzifələrə həsr olunan geniş kollegiya iclasında bildirilib. 

Yığıncaqda həmçinin qeyd olunub ki, vətəndaş cəmiyyətinin inkişafında mühüm rol oynayan və Nazirlik tərəfindən dövlət qeydiyyatına alınmış qeyri-kommersiya təşkilatlarının ölkədə ümumi sayı 4180 təşkil edir.

NUH informasiya agentliyi səhifəsindən çap edilib