Dərc edilib: 27-01-2018

https://www.nuh.az/14656-.html

Məşhur hakim azana görə matçı dayandırdı (VİDEO)

27.01.2018 09:50:00

İdman
Keçmiş İngiltərə Premyer Liqasının referisi Mark Klatenburq Səudiyyə Ərəbistanında müsəlmanların qəlbini fəth edib.
Oxu.Az xəbər verir ki, çərşənbə günü Səudiyyə Ərəbistanının "Əl Feyha” və "Əl-Fateh” komandaları arasında gedən matçın əlavə olunmuş dəqiqəsində Klatenburq səslənən azanı eşidərək matçı dayandırıb.
Bundan yararlanaraq bəzi futbolçular namaz qılmaq üçün paltardəyişmə otağına yollanıblar. Azandan sonra referi oyunu davam etdirib. Onun bu hərəkəti sosial şəbəkələrdə müsəlmanlar tərəfindən yaxşı qarşılanıb və Mark Klatenburqa təşəkkür ediblər.

NUH informasiya agentliyi səhifəsindən çap edilib