Dərc edilib: 28-01-2018

https://www.nuh.az/14674-.html

Maldarlıqda inqilab: "Super inək"lər yaradılır

28.01.2018 12:43:04

İqtisadiyyat

Dünyanın ən varlı şəxslərindən olan Bil Qeyts "Super inək" layihəsi üçün 29 milyon funt sterlinq yatıracaq.
Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, layihənin məqsədi az yeyib çox süd istehsal edən inəklər yaratmaqdır. İngiltərənin "Holstein-Friesians" inəkləri gündə 19 l süd istehsal edə bilirlər. Afrika inəkləri isə gündə 1,5 l süd istehsal edir və çox az yeyirlər, həmçinin istiliyə dözümlüdürlər.
Edinburq Universitetində çıxış edən Qeyts "Maldarlıq çox əhəmiyyətli sahədir. Ən kasıb ölkələrdə yaşayan 1 milyarddan çox insan üçün kənd təsərrüfatı və heyvandarlıq xilas yoludur" deyə bildirib və "Fiziki davamlı və məhsuldar inəyiniz ola bilər" fikrini çıxışına əlavə edib. O həmçinin qeyd edib ki, layihə ilə tropik bölgələrdə xəstəliklərə məruz qalan mal-qara üçün peyvənd hazırlanacaq.

NUH informasiya agentliyi səhifəsindən çap edilib