Dərc edilib: 28-01-2018

https://www.nuh.az/14679-.html

Rusiyada etirazlar başladı: müxalifət lideri saxlanıldı

28.01.2018 19:03:04

İdman

Rusiyanın müxalifət lideri Aleksey Navalnı Moskvada keçirilən mitinqdə saxlanılıb.
Qaynarinfo BBC-yə istinadən xəbər verir ki, "Seçicilərin tətili" adı altında Aleksey Navalnın çağırışı ilə keçirilən aksiyaya bir neçə min iştirakçı qoşulub.
Son xəbərlərə görə, "Seçicilərin tətili" adlı icazəsiz mitinqlərin təşəbbüskarı, müxalifət lideri və Korrupsiya ilə mübarizə fondunun rəhbəri Aleksey Navalnı polis tərəfindən saxlanılıb.
Mitinqdən YouTube kanalı ilə təşkil edilən videoyayımda Navalnın Moskvanın Tverskaya meydanında polis tərəfindən saxlanması kadrları göstərilib.
Aleksey Navalnı saxlandığı barədə xəbəri Twitter vasitəsilə təsdiqləyib.
Moskva polisi Navalnı barədə, onun, icazəsiz mitinq təşkil etməklə inzibati qanun pozuntusuna yol verdiyinə görə protokol tutulduğunu bildirib.
"Seçicilərin tətili" aksiyasının keçirilməsini Navalnı prezident seçkilərində namizədliyinin MSK tərəfindən qeydə alınmamasına cavab olaraq elan edib.
Onun namizədliyinin qeydə alınmamasını rəsmilər Navanlının məhkumluğu ilə əsaslandırır.
Məsələ ilə bağlı Navalnının şikayəti Rusiya Ali Məhkəsi tərəfindən yanvarın 26-də rədd edilib.
Bundan əvvəl isə müxalifət liderinin şikayətinə Konstitusiya məhkəməsi də rədd cavabı verib.
Navalnının tərəfdarları You Tube kanalında Aleksey Navalnının 48 saat müddətinə saxlanıldığını bildirib.
Navalnının tərəfdarları və onun mövqeyini dəstəkləyənlər Moskva və Sankt-Peterburqda yürüşlər keçirib.
Moskvadakı aksiyaya, məlumatlara görə, minədək adam qoşulub.
Vladivostok, Novosibirsk, Kurqan, Omsk, Maqadan, Kemerovo və Yakutsk şəhərlərində də Navalnın tərəfdarları etiraz aksiyaları keçirib.
Moskvada isə polis əməkdaşları Aleksey Navalnının ofislərinə reydlər keçirib.
Bununla bağlı, Navalnı bildirib ki, reydlər və həbslər bazar günü keçirilən etirazların əhəmiyyətini daha da artırıb.
Rusiyada prezident seçkiləri martın 18-də keçiriləcək.
Vladimir Putinin ən kəskin tənqidçisi olan Aleksey Navalnın seçkidə iştirakına imkan verilmir.
MSK onun namizədliyinin rədd edilməsini məhkumluğu ilə əsaslandırıb.
Bunun müqabilində Navalnı Rusiya boyu öz tərəfdarlarını 18 mart prezident seçkilərini boykot etməyə çağırıb.
Bazar günü keçirilən yürüşlər yerli rəsmilərlə razılaşdırılmayıb.
Həmin aksiyalarda iştirak edənlərdən indiyədək ən azı 27 nəfərin saxlandığı bildirilib, onlardan bir neçəsi, xəbərlərə görə, Navalnının Moskva ofisində saxılanılıb.
Navalnı bəyan edib ki, seçkidə iştirak etməyə buraxılarsa, Putinə qalib gələcək.
Navalnı 2017-ci ildə icazəsiz aksiya təşkil etdiyinə görə polis tərəfindən 3 dəfə saxlanılmışdı.
Navalnının adını çıxışlarında belə çəkməyən Vladimir Putinin Rusiyada populyarlıq reytinqi oluqca yüksəkdir, və proqnozlara görə, prezident Putin, bu dəfə də, yəni, dördüncü dəfə də prezident seçkisində qələbə çalacaq.

NUH informasiya agentliyi səhifəsindən çap edilib