Dərc edilib: 29-01-2018

https://www.nuh.az/14685-.html

Gülər Əhmədovanın vəkili dələduzluq edib

29.01.2018 12:30:10

Kriminal

Bakı Ağır Cinayətlər Məhkəməsində keçmiş deputat Gülər Əhmədovanın vəkili, dələduzluqda və rüşvət verməyə təhrikçilikdə ittiham edilən Əfsər Talıbova hökm oxunub. 

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Rasim Sadıxovun icraatında olan prosesdə məlum olub ki, Ə.Talıbov vətəndaş Mehman Səmədovdan 22 min 900 manat alaraq qaytarmayıb. Belə ki, Ə.Talıbov tanışı Xəyyam Hətəmova yalandan deyib ki, Yeni Yasamalda inşa edilən binada şəxsi mənzili var və onu satmaq istəyit. X.Hətəmovdan isə müştəri tapmasını xahiş edib. M.Səmədov da mənzili almaq istəyən müştəri olub. Bu dəfə isə Ə.Talıbov hüquqi yardım göstərdiyi “Kamran” MTK-nın təsisçisi Tofiq Babayevə deyib ki, guya M.Səmədovdan borc alıb və əvəzində bir mənzili girov qoymaq üçün onun adına keçirsin. O bildirib ki, borcu ödədikdən sonra müqaviləni geri qaytaracaq və mənzil girovluqdan çıxarılacaq. Lakin onun borcu ödəyə bilməməsi M.Səmədovla T.Babayevi qarşı-qarşıya qoyub. Araşdırma zamanı isə məsələnin əls mahiyyəti üzə çıxıb.

Məhkəmə prosesi gedişatında isə hər iki tərəf barışıb və M.Səmədov şikayəti olmadığını bildirib. R.Sadıxovun hökmü ilə vəkil Ə.Talıbova 2 il sınaq müddəti olmaqla şərti cəzas verilib. 

Dövlət ittihamçısı apellyasiya prostesti verərək cəzanın ağırlaşdırılmasını tələb edib. Protest üzrə ilkin baxış iclası fevralın 1-də Bakı Apellyasiya Məhkəməsinin hakimi Əmir Bayramovun sədrliyi ilə keçiriləcək. 

 

 

   NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib