Dərc edilib: 29-01-2018

https://www.nuh.az/14689-.html

AZƏRTAC-ın yeni Sədri Əflatun Amaşov

29.01.2018 14:14:57

Cəmiyyət

Prezident İlham Əliyevin  19 dekabr  2017-ci il tarixdə imzaladığı  fərmanla  dövlət  qurumu olan Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC ) publik şəxsə çevrildi, yəni dövlət qurumu  statusunu  itirdi.

Fərmana əsasən AZƏRTAC-ın Nizamnaməsi təsdiq edilib.

AZƏRTAC-ın fəaliyyətinə rəhbərliyi 5 üzvdən ibarət İdarə Heyəti həyata keçirir. İdarə Heyəti sədrinin və sədr müavinlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir.

Hazırda AZƏRTAC-ın BAŞ DİREKTOR-u  Aslan Aslanovdur.

NUH-az daxil olan məlumata görə, yaxın vaxtlarda Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşovun AZƏRTAC-a  SƏDR  təyin ediləcəyi gözlənilir.

 

                                                       NUH.az

NUH informasiya agentliyi səhifəsindən çap edilib