Dərc edilib: 29-01-2018

https://www.nuh.az/14699-.html

"AAAF Park"dan nümunəvi addım

29.01.2018 22:08:24

Region

"AAAF Park"ın təsisçisi Tofiq Heydərov tədqirəlayiq addım  atıb.
Qaynarinfo xəbər verir ki, iş adamı yaşayış kompleksinin sakinlərinə bir sıra güzəştlər edib. 
Həmin güzəştlərin siyahısını təqdim edirik:
1. 2017-ci il dekabr ayının 31- nədək sakinlərin şirkətə olan bütün komunal borcu və istiliyə görə olan bocları ləğv edilsin.
2. 2018-ci il dekabr ayının 31-nədək AAAF park sakinləri komunal ödənişlərdən və istiliyə görə olan ödənişlərdən azad edilsin.
3. Sakinlərə sayğacların alınması üçün şirkətlərimiz tərəfindən 12 ay müddətinə faizsiz borc krediti verilməsi üçün köməklik göstərilsin. 
4. Mənzil borclarını ödəyə bilməyən sakinlərimizə kredit müddəti müəyyən vaxta qədər artırılsın.
5. Mənzilin kredit borcunu tam ödəyən sakinlərimizə 30 faiz endirilməklə Çıxarışların ödənişsiz verilməsi təmin edilsin.
6. AAAF park yaşayış komplesinin ərazisində fəaliyyət göstərən kluba məxsus obyektlərdə onların üzvlük kartına görə
ödəmələrdə əlavə olaraq endirimlər edilsin.
7. İşıq, su və qaza görə olan borclarını ödəyə bilməyən sakinlərə müraciət əsasında yardımlar edilsin.
8. AAAF park ərazisində yaşayan ailələr arasında heç bir yerdə işləməyən ailə üzvlərindən biri şirkətlərimizə işə götürülməsinə şərait yaradılsın. 
9. Ayda ən azı bir dəfə olmaqla AAAF park konfrans zalında sakinlərlə görüş təşkil edilsin və qaldırılan məsələlər haqqında tədbirlər görülsün.

NUH informasiya agentliyi səhifəsindən çap edilib