Dərc edilib: 30-01-2018

https://www.nuh.az/14711-.html

“İlham Əliyevin mediaya qayğısından kim ziyan görüb?”

30.01.2018 12:46:40

LIVE

“Bu gün çox əhəmiyyətli gündür. Azərbaycan mediasının 255 dəyərli nümayəndəsi yeni mənzillərinin açarını alır. Buradan çıxandan sonra evinizin mübarək qapısını açacaqsız. Təsəvvür etmirəm, bundan gözəl hansı iş ola bilər. Gözlərinizdəki nikbin, minnətdarlıq dolu baxışı görəndən sonra başqa nə demək olar?"

“Qafqazinfo” xəbər verir ki, bu sözləri jurnalistlər üçün inşa olunmuş ikinci binanın sakinlərinə açarların təqdim olunması mərasimində Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib.

Ə. Həsənov bildirib ki, bəziləri Azərbaycanda medianın iflasa uğradığını deyir:

“Dovlət qayğısı, onlara maddi yardım göstərmək belə qəbahətdir ki, bunu medianın iflası hesab edirlər? Bu, illərdir yüz milyonlar xərcləyib Azərbaycan mediasını təsiri altına almaq istəyənlərin, qrant alanların siyasətidir. Qrant mediasının bəzi nümayəndələri Avropa mərkəzinə yığışaraq "No-TAP" aksiyası keçirməyə çalışırlar. Bir ölkənin müstəqil mediasını təsiri altına almaq inkişafdırsa, bizə belə inkişaf lazım deyil. Media informasiya verməli, maarifləndirməlidir. Dövlətə, xalqına məhəbbət aşılamalıdır. Azərbaycan mediası iflasa uğrayıb, müstəqil media məhv olub deyənlər göstərə bilərmi ki, hansısa dövlət qurumu mətbuatı təsiri altına alıb. Bu gün Azərbaycan hökuməti sizə yardım edir, qəbul da edə bilərsiz, etməyə də. Hökumət sizi məcbur edir ki, biz istədiyimiz kimi jurnalistika ilə məşğul olun? İlham Əliyevin mediaya qayğısından kim ziyan görüb, yaradıcılıq qabiliyyətini lazımi istiqamətdə istifadə edə bilməyib? Bu fikirləri qrant üzərində media formalaşdıranlar təlqin etməyə çalışırlar”.

Əli Həsənov mənzil alan jurnalistlərə bəzi tapşırıqlarını da verib. O, jurnalistlərdən xahiş edib ki, binanın fasadını korlamasınlar:

"Belə ki, kondisionerlər eyvanlara quraşdırmaq üçün nəzərdə tutulub. Birinci binada bir neçə evin kondisioneri fasada quraşdırılıb ki, onları sökmək lazımdır".

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib