Dərc edilib: 30-01-2018

https://www.nuh.az/14713-.html

17 yaşlı Rəhim şəhid qızını öldürüb...

30.01.2018 15:56:34

Maraqlı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində şəhid qızı Könül Əkbərovanı idarə etdiyi "Jeep" markalı maşınla vuraraq öldürməkdə təqsirləndirilən 17 yaşlı Rəhim Rəhimovun məhkəməsi keçirilib. 

"Qafqazinfo"nun verdiyi xəbərə görə, hakim Novruz Kərimovun icraatında olan prosesdə hazırlıq iclası davam etdirilib. 

R. Rəhimovun barəsində istintaq zamanı seçilən həbs qətimkan tədbiri müddətinin fevralın 2-də  başa çatacağı elan edilib. Hakimlər kollegiyasının qərarı ilə müddət artırılıb. 

Cinayət işi məhkəmə baxışına qəbul edilib və proses fevralın 1-də davam etdiriləcək.

Hadisə 2017-ci il noyabrın 8-də Bayraq meydanının yaxınlığında baş verib. 

R. Rəhimov “Jeep Grand Cherokee” markalı 90-FO-007 dövlət nömrə nişanlı avtomobillə yolu keçmək istəyən 1975-ci il təvəllüdlü Əkbərova Könül Elton qızını vurub və piyada vəfat edib. R. Rəhimov isə hadisə yerindən qaçıb.

R. Rəhimov Cinayət Məcəlləsinin 263-1.3 (nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə ittiham edilir. 

O, noyabrın 29-da şübhəli şəxs qismində tutularaq məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Nəqliyyat vasitəsinə sahiblik hüququ olan Əmrulla Şahbazov tərəfindən nəqliyyat vasitəsini idarə etmək üçün idarəetmə hüququ olmayan şəxsə verilməsinə görə sonuncunun inzibati qaydada məsuliyyətə cəlb olunub. 

Qəza zamanı vəfat edən, 3 uşaq anası olan K.Əkbərova şəhid Elton Əkbərovun qızıdır. Onu vuran 17 yaşlı gənc isə iş adamı, "Xırdalan Xəz"  Açıq Tipli Səhmdar Cəmiyyətinin sədri Akif Rəhimovun oğlu Rəhim Rəhimovdur. A.Rəhimov isə “Yeganə” şadlıq sarayının rəhbəri Məmməd Rəhimovun qardaşıdır

NUH informasiya agentliyi səhifəsindən çap edilib